Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (Misli Premyer Liqası) legioner limiti - meydanda əcnəbi oyunçu sayına məhdudiyyət tətbiq olunmur.
Yüksək dəstədəki heyətlərə nəzər salan Medianews.az bildirir ki, “Qarabağ” komandasında 25 futbolçunun 17-si, “Neftçi” komandasında 16-sı əcnəbidir.
“Zirə” komandasında 26 futbolçunun 15-i, “Sabah” və “Turan Tovuz” komandalarında 22 futbolçunun 13-ü, “Araz-Naxçıvan” komandasında 21 futbolçunun 12-si legionerdir.
“Sumqayıt” komandasında 21 futbolçunun, “İmişli” komandasında 23 futbolçunun, “Qəbələ” komandasında 29 futbolçunun 11-i gəlmədir.
“Şamaxı” və “Karvan-Yevlax” komandalarında 24 futbolçunun 10-u, “Kəpəz” komandasında 9-u əcnəbidir.
Qaydaya görə, komanda heyətinə qatdığı ilk 7 əcnəbi futbolçunun hər biri üçün 5 min manat, 8-12-ci legionerin hər biri üçün 10 min manat, 13-15-ci əcnəbinin hər biri üçün 100 min manat, 16-cı və sonrakı legionerin hər biri üçün 200 min manat rüsum ödəyir.
Toğrul Əli,
Medianews.az