Bu gün Xantı-Mansi Muxtar Dairəsinin Sovetski şəhərində məktəbdə təhlükəli hadisə baş verib.
Medianews.az xəbər verir ki, 14 yaşlı məktəbli balta, bıçaq və pnevmatik tapança ilə dərsə gəlib.
Müəllimlər təhlükəli əşyaları vaxtında götürərək xəsarət riskinin qarşısını alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Müstəntiqlərin məlumatına görə, yeniyetmə əvvəlcədən həmyaşıdlarından qisas almağı planlayıb. Hadisə yerinə polis çağırılıb və şagird saxlanılıb. Ona qarşı "iki və ya daha çox şəxsin qətlini törətməyə hazırlaşmaq" maddəsi üzrə cinayət işi açılıb.
Medianews.az