ABŞ-də işləyən insanların alıcılıq qabiliyyəti artır.
Medianews.az-ın məlumatına görə, bunu Amerika Bolluq İndeksi göstərib.
İndeks orta statistik işçinin alıcılıq qabiliyyətinin son illər ardıcıl şəkildə artdığını üzə çıxarıb.
İndeksə görə, 2024-cü ilin dekabrından 2025-ci ilin dekabrınadək orta statistik özəl sektor işçisi üçün qiymətlər 2,7 faiz bahalaşıb, saatlıq əməkhaqqı isə 3,8 faiz artıb. Bu o deməkdir ki, işçilər indi 1 faiz daha az işləməklə eyni istehlak səbətini ala bilirlər.
Başqa sözlə, eyni əmək qarşılığında 1 faiz daha çox məhsul və xidmət əldə etmək mümkündür.
Ekspertlər xatırladır ki, pandemiya dövründə inflyasiyanın kəskin artması işçilərin real gəlirlərinə mənfi təsir göstərmişdi. Son dövrlərdə maaş artımlarının inflyasiyanı üstələməsi isə bu itkilərin tədricən bərpa olunduğunu göstərir.