Medianews.az
Qonaq getdiyi kənddə kanalda
144 baxış

Qonaq getdiyi kənddə kanalda batdı

Beyləqanda 65 yaşlı kişi kanalda batıb.

Medianews.az -ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub.

Hazırda onun axtarışları gedir.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

Bizə qoşulun