Medianews.az
Qızlarda Məryəm, oğlanlarda Uğur -
88 baxış

Qızlarda Məryəm, oğlanlarda Uğur - Populyar adlar

Yenilənmiş hesabata görə, 2026-cı ildə Azərbaycanda doğulan 85 qıza Məryəm adı qoyulub.

Medianews.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, 79 qız İnci, 78 qız Melisa adı alıb.

Populyar qız adlarının ilk onluğunda Alisa (74 uşaq), Nilay (69), Ayla (68), Zəhra (66), Aylin (64), Zeynəb (56), Fatimə (41) də var.

Oğlan adları içində Uğur birincidir: bu ad 105 uşağa verilib.

Ən çox qoyulmuş qalan oğlan adları belə sıralanır: Hüseyn (82 uşaq), Raul (76), Əli (64), Miran (58), Yusif (52), Murad (47), Ayxan, Tunar (hər ikisi 45), Fateh (38).

Medianews.az

Bizə qoşulun