Medianews.az
Qızının evinə qonaq gedən kişinin kanalda
144 baxış

Qızının evinə qonaq gedən kişinin kanalda meyiti tapıldı

Beyləqanda kanalda batan 65 yaşlı kişinin meyiti tapılıb.

Rayonun Eyvazallar kəndi ərazisində Yuxarı Qarabağ kanalına düşən Əhliman Sarıyevin meyiti aşkarlanıb.

Onun meyiti batdığı ehtimal olunan ərazinin yaxınlığında tapılıb.

Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş.

Bizə qoşulun