Uzgendə (Qırğızıstan) 40-dan çox insan toydan sonra zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.
Bu barədə Qırğızıstan mediası Oş vilayətinin Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, 10–13 nəfər xəstəxanaya yerləşdirilib. Yoxlama aparılır, ekspertizalar təyin edilib.
Qeyd olunub ki, şənlik iyunun 28-də şəhərdəki restoranların birində keçirilib, lakin polis hadisəni bu gün qeydə alıb./"Report"