Medianews.az
“Qəribə” sayılan bəzi davranışlar yüksək zəkanın
83 baxış

“Qəribə” sayılan bəzi davranışlar yüksək zəkanın göstəricisi ola bilər

Mütəxəssislərin apardığı son araşdırmalar göstərir ki, cəmiyyətdə bəzən mənfi və ya “qəribə” kimi qiymətləndirilən bəzi vərdişlər əslində yüksək idrak qabiliyyətindən xəbər verə bilər.

Medianews.az xəbər verir ki, psixologiya və davranış elmləri sahəsində aparılan tədqiqatlara görə, gündəlik davranışlar insanın zehni potensialı barədə mühüm ipucları verir.

Ekspertlərin fikrincə, öz-özü ilə danışmaq düşündüyümüz kimi qəribə hal deyil. Fikirləri səsli ifadə etmək yaddaşı gücləndirir, diqqəti artırır və məlumatın daha effektiv mənimsənilməsinə kömək edir.

Araşdırmalara əsasən, dağınıq iş masası və ya çalışma mühiti də yüksək zəkanın əlaməti ola bilər. Mütəxəssislər bildirirlər ki, belə mühitə malik şəxslər daha çevik düşüncə tərzinə sahib olur, stereotiplərdən kənara çıxaraq yaradıcı və innovativ həllər tapmağa meylli olurlar.

Qeyd olunur ki, hər bir davranış fərdi xüsusiyyətlərlə bağlıdır və təkcə bu əlamətlərə əsasən qəti nəticə çıxarmaq düzgün deyil.

Medianews.az

 

Bizə qoşulun