Medianews.az
Qəhvənin inanılmaz faydaları –
94 baxış

Qəhvənin inanılmaz faydaları – Alimlər açıqladı

Kork Universitet Kollecinin aparıcı qlobal mərkəzi olan “APC Microbiome Ireland”ın genişmiqyaslı tədqiqatının müəllifləri müəyyən ediblər ki, mütəmadi qəhvə içmək əhval-ruhiyyəni yaxşılaşdırır, diqqəti artırır və narahatlığı azaldır.

Medianews.az xəbər verir ki, tədqiqat göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə bağırsaq mikrobiomunu dəyişərək stressi və depressiyanı azaldır.

1. Kofeinsiz qəhvə yaddaşı və öyrənmə qabiliyyətini gücləndirir.

2. Kofeinli qəhvə isə narahatlığı azaldır, diqqəti artırır və iltihab riskini aşağı salır.

3. Qəhvənin tərkibindəki polifenollar və digər maddələr sağlamlığa müsbət təsir göstərir.

Alimlər qəhvəni diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskini azaltmaqla da əlaqələndirirlər.

Medianews.az

Bizə qoşulun