Medianews.az
Qəhvənin gözlənilməz
54 baxış

Qəhvənin gözlənilməz FAYDASI

İrlandiyalı alimlərinin araşdırmasına görə, qəhvənin müntəzəm qəbulu bağırsaq mikroflorasını dəyişir və insanın psixoloji vəziyyətinə təsir göstərir.

Medianews.az xəbər verir ki, "Science Daily" nəşrində yayımlanan nəticələrə əsasən, gündə 3–5 fincan qəhvə içənlərdə əhvalın yaxşılaşdığı, stress və depressiyanın azaldığı müşahidə olunub. Maraqlıdır ki, yaddaş və öyrənmə qabiliyyətində artım əsasən kofeinsiz qəhvə içənlərdə qeydə alınıb.

Tədqiqat həmçinin göstərib ki, qəhvə bəzi faydalı bağırsaq bakteriyalarının artmasına səbəb olur və iltihab göstəricilərini azalda bilər.

Bizə qoşulun