Medianews.az
Qəhvə yaddaşa necə
47 baxış

Qəhvə yaddaşa necə təsir edir?

“Qəhvə yalnız oyadıcı təsir göstərmir, həm də yuxusuzluğun beyin yaddaşına vurduğu zərəri qismən kompensasiya edə bilir”.

Medianews.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.

Onun sözlərinə görə, kofein neyronlar arasında siqnal ötürülməsini gücləndirir və beynin plastiklik qabiliyyətini dəstəkləyir.

Bu, xüsusilə yaddaşın formalaşmasında iştirak edən hipokamp bölgəsini müvəqqəti qoruyur. Lakin həkim vurğulayıb ki, qəhvə tam yuxunun əvəzini vermir və yalnız qısa müddətli dəstək rolunu oynayır.

Medianews.az

Bizə qoşulun