Mütəxəssislər xəbərdarlıq edir ki, qəhvə qəbulundan sonra yaranan bəzi əlamətlər ürək-damar problemlərinin göstəricisi ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov danışıb.
Kofeinə qarşı həssaslıq, başın dumanlanması və nəbzin sürətlənməsi müşahidə olunarsa, qəhvənin istifadəsi azaldılmalı və ya tam dayandırılmalıdır.
Onun sözlərinə görə, xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərdə kofein təzyiqin yüksəlməsinə və vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.
Gündə 300–400 mq-dan (təxminən 3–4 fincan) artıq qəhvə qəbulu narahatlıq, əl titrəməsi, ürəkdöyünmə, aritmiya və şüur bulanıqlığı yarada bilər. Həkim qeyd edir ki, kofeyə reaksiyada dəyişiklik baş verərsə, bu, gizli ürək problemlərinin əlaməti ola bilər.
Kofe xüsusilə infarkt və ya insultdan sonrakı bərpa dövründə tövsiyə olunmur.
Medianews.az