Medianews.az
Qəhvə və təzyiq:
57 baxış

Qəhvə və təzyiq: kimlər üçün risklidir?

“Bir fincan qəhvə bəzi insanlarda qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu kardioloq Denis Sokolov deyib.

Onun sözlərinə görə, bu risk daha çox yaşlı insanlarda, hipertoniyası olanlarda və kofeini nadir hallarda qəbul edənlərdə müşahidə olunur.

Həkim qeyd edib ki, qəhvə müntəzəm içildikdə bədəndə tolerantlıq yaranır və çox vaxt ciddi reaksiya baş vermir. Sağlam gənclərdə də güclü qəhvə içdikdən sonra təzyiq qısa müddətə arta bilər, lakin bu təsir adətən 20–40 dəqiqə davam edir.

Medianews.az

Bizə qoşulun