Medianews.az
"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri
132 baxış

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI

"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib.

Medianews.az xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq.

Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərlə üz-üzə gəlmək imkanı qazandırır: "Jilina" (Slovakiya), "Novi Sad" (Serbiya), "Universitate Kluj" (Rumıniya), "Alyuminiy" (Bosniya və Herseqovina), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya).

Xatırladaq ki, "Qarabağ" qitənin nüfuzlu klub turniri olan Avropa Liqasındakı mübarizəsinə I təsnifat mərhələsindən başlayacaq.//Oxu.Az

Bizə qoşulun