UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Entoni Qordon poker edib. Digər qollara isə Malik Tiau və Ceykop Mörfi imza atıblar.
Komandamızın heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edib.
Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.
23:23
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda yeddinci qol vurulub.
Görüşün 72-ci dəqiqəsində rəqibin heyətində Ceykop Mörfi fərqlənib - 6:1.
23:05
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda altıncı qol vurulub.
55-ci dəqiqədə komandamızın heyətində Elvin Cəfərquliyev fərqlənib.
22:34
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda beşinci qol vurulub.
45+1-ci dəqiqədə rəqibin heyətində Entoni Qordon penaltidən fərqlənərək poker edib - 0:5.
22:25
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda dördüncü qol vurulub.
Görüşün 33-cü dəqiqəsində rəqibin heyətində Entoni Qordon het-trik edib - 0:4.
22:19
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda üçüncü qol vurulub.
Görüşün 32-ci dəqiqəsində rəqibin heyətində Entoni Qordon dubl edib - 0:3.
21:57
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda ikinci qol vurulub.
Görüşün 8-ci dəqiqəsində rəqibin heyətində Malik Tiau diqqət mərkəzinə düşüb - 0:2.
21:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyunda hesab açılıb.
Görüşün 3-cü dəqiqəsində rəqibin heyətində Entoni Qordon fərqlənib - 0:1.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.
21:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başlayıb.
Medianews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.