Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları start götürəcək.
Medianews.az xəbər verir ki, turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.
"Qalatasaray” klubu “Royal Union”la, “Ayaks” “Benfika” ilə, “Napoli” “Qarabağ”la, “Budyo Qlimt” “Yuventus”la, “Çelsi” “Barselona” ilə, “Borussiya Dortmund” Vilyarreal”la, “Mançester Siti” “Bayer Leverkuzen”lə, “Marsel” “Nyukasl Yunayted”lə, “Slaviya Praqa” isə “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.
Turun oyunlarına sabah yekun vurulacaq.
25 noyabr
UEFA Çempionlar Liqası, V tur
Saat 21:45, “Qalatasaray” - “Royal Union”;
Saat 21:45, “Ayaks” - “Benfika”.
26 noyabr
Saat 00:00, “Napoli” - “Qarabağ”;
Saat 00:00, “Budyo/Qlimt” - “Yuventus”;
Saat 00:00, “Çelsi” - “Barselona”;
Saat 00:00, “Borussiya Dortmund” - “Vilyarreal”;
Saat 00:00, “Mançester Siti” - “Bayer Leverkuzen”;
Saat 00:00, “Marsel” - “Nyukasl Yunayted”;
Saat 00:00, “Slaviya Praqa” - “Atletik Bilbao”.