Medianews.az
Qara çay nə ilə
136 baxış

Qara çay nə ilə faydalıdır?  

“Qara çay yüksək qan təzyiqini aşağı salır və hipertoniyadan qoruyur”.

Medianews.az xəbər verir ki, bunu həkim Brentli-Lopes deyib.

O izah edib ki, çaydakı polifenollar qan damarlarının fəaliyyətini yaxşılaşdırır, həmçinin normal və pis xolesterolu azaldaraq ateroskleroz riskini azaldır. Həkim əlavə edib ki, qara çaydakı kofein təzyiqi bir qədər artıra bilər, amma ümumilikdə hipertoniya riskini 10% azaldır.

O, hipertoniya və insultdan qorunmaq üçün əlavəsiz qara çay içməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun