“Galatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançes möhtəşəm oyunu ilə transfer bazarının ən çox müzakirə olunan isminə çevrilib.
Medianews.az xəbər verir ki, təcrübəli futbolçu Kolumbiya milli komandasının heyətində Dünya Çempionatında nümayiş etdirdiyi üstün performansla bütün diqqətləri yenidən öz üzərinə çəkməyi bacarıb. Onun turnirdəki inamlı çıxışı və müdafiədəki etibarlı oyunu bir çox Avropa klubunu hərəkətə keçirib. Hazırda bir neçə nəhəng komanda futbolçunu rənglərinə bağlamaq üçün addım atmağa hazırlaşır. Bu sırada adı ən çox hallan İtaliyanın “Komo” klubudur.
Qeyd edək ki, Davinson Sançes 2023-cü ildən sarı-qırmızılı komandanın şərəfini qoruyur. O, “Qalatasaray”ın heyətində 121 oyuna çıxıb. Sançes bu qarşılaşmalarda 10 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Qalatasaray” rəhbərliyi futbolçu üçün 18 milyoin avro transfer haqqı tələb edir./Metbuat.az