Medianews.az
“Qalatasaray”ın İkardi ilə bağlı
95 baxış

“Qalatasaray”ın İkardi ilə bağlı planı var

Türkiyənin “Qalatasaray” klubu argentinalı hücumçu Mauro İkardi ilə bağlı gələcək planlarını müəyyənləşdirib.

Medianews.az xəbər verir ki, İstanbul təmsilçisi hücum xəttində yeni strategiya qurmaq niyyətindədir. Bu isə İkardinin komandadakı rolunun yenidən nəzərdən keçirilməsi deməkdir.

Yerli medianın yazdığına görə, 33 yaşlı qolçunun müqaviləsi 2026-cı ilin iyununda başa çatır və klub onunla yeni sözləşmə imzalayıb-imzalamamaq məsələsini gündəmdə saxlayır. Son dövrlərdə futbolçunun performansında eniş müşahidə olunması, eləcə də zədələrdən sonra əvvəlki formasını tam bərpa edə bilməməsi rəhbərliyi düşündürən əsas amillərdən biridir. Futbolçuya digər klublardan marağın olması qərar prosesinə təsir edir.

Türkiyə mətbuatı “Qalatasaray” rəhbərliyinin argentinalı ulduzu yola salmaqda qərarlı olduğunu iddia edib. KİV Mauro İkardinin 17 mayda rəqib meydanda “Kasımpaşasporla” oynanılacaq matçda sarı-qırmızılı forma ilə sonuncu dəfə meydana çıxacağını yazıb.//Metbuat.az

Bizə qoşulun