Türkiyənin "Qalatasaray" klubu heyətini tanış adla gücləndirib. İstanbul təmsilçisi daha əvvəl komandada çıxış etmiş Saşa Boey ilə yenidən razılıq əldə edib.
BAKU.WS xəbər verir ki, 25 yaşlı müdafiəçi Almaniyanın "Bayern Münhen" klubundan icarə + satınalma ilə "Qalatasaray"a transfer olunub.
Razılaşmaya əsasən, futbolçunun mümkün transfer dəyəri 15 milyon avro olaraq göstərilir.
Transferlə bağlı məlumat "Transfermarkt"ın Türkiyə seqmentinin sosial şəbəkə paylaşımında yer alıb. Qeyd edilir ki, tərəflər arasında bütün əsas şərtlər üzrə anlaşma artıq təmin edilib.
Xatırladaq ki, Saşa Boey "Qalatasaray" forması ilə əvvəlki mövsümlərdə stabil oyunu və sürətli müdafiə xətti ilə azarkeşlərin rəğbətini qazanmışdı. Onun geri dönüşü klubun müdafiə xəttini daha da gücləndirməsi baxımından mühüm addım kimi qiymətləndirilir.