“Qalatasaray”ın braziliyalı futbolçusu Qabriel Sara yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Medianews.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə İngiltərə Premyer Liqasının dörd klubundan ciddi maraq var.
“Mançester Yunayted” və “Tottenhem”, “Aston Villa” və “Nyukasl”ın futbolçunu yaxından izlədiyi bildirilir. Daha əvvəl “Lids Yunayted”lə də adı hallanan Sara yenidən Premyer Liqada çıxış etməyə isti baxır.
“Qalatasaray” oyunçu üçün 35–45 milyon avro aralığında transfer haqqı tələb edir. İngilis klublarının yaxın vaxtlarda İstanbul təmsilçisi ilə rəsmi təmas quracağı gözlənilir.
Qeyd edək ki, Qabriel Sara 2024-cü ildə “Norviç Siti”dən 18 milyon avroya “Qalatasaray”a transfer olunub. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 42 oyuna çıxaraq 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.//Teleqraf