Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhenin yüksək performansı Avropanın aparıcı klublarının diqqətini çəkib.
Medianews.az Türkiyə mediasın istinadən xəbər verir ki, sarı-qırmızılılar nigeriyalı futbolçu üçün minimum 150 milyon avro transfer haqqı tələb edir.
Məlumata görə, mövsümün əvvəlində 75 milyon avroya transfer edilən Osimhen həm Türkiyə çempionatında, həm də UEFA Çempionlar Liqası oyunlarında göstərdiyi performansla seçilir.
Futbolçunun çıxışı xüsusilə “Real Madrid” və “PSJ” klublarının diqqətini cəlb edib. Hər iki klubun nümayəndələrinin “Qalatasaray” – “Liverpool” matçını tribunadan izləyərək hücumçunu yaxından izlədiyi bildirilir.
“Qalatasaray” rəhbərliyi hazırda futbolçunu satmaq niyyətində deyil. Lakin mümkün transfer danışıqları üçün minimum məbləğin 150 milyon avro olduğu və bu rəqəmdən aşağı təkliflərin nəzərdən keçirilməyəcəyi vurğulanır.
Medianews.az