Baş məşqçi və idman şərhçisi Volkan Dəmirel, “Qalatasaray”da çıxış edən və transfer xəbərləri ilə gündəmdə olan Barış Alper Yılmazla bağlı canlı yayımda diqqətçəkən fikirlər səsləndirib.
Medianews.az xarici mediaya istinadən xəbər ki, Volkan Dəmirel, futbolçunun komandadan ayrılacağını və transferin artıq yekunlaşdığını bildirib.
“Barış Alper heyətə salınmayıbsa, bu iş bitib. Bu saatdan sonra bu transferdən xeyir gəlməz”, – deyə V.Dəmirel vurğulayıb.
NOW Spor-da yayımlanan proqramda danışan Demirel, Səudiyyə Ərəbistanının NEOM SC klubunun Barış Alperə təklif göndərdiyini də açıqlayıb:
“Mənim bildiyimə görə, NEOM klubundan da, “Qalatasaray”dan da təklif var. “Qalatasaray” oyunçunu saxlamaq istəyir, amma Barışın alacağı 10 milyon avroluq məbləğ çox cəlbedicidir. Klub onu yalnız yüksək qiymətə buraxmaq niyyətindədir – istəkləri 60 milyon avrodur.”
Barış Alperin “Kayserispor”la matçın heyətinə daxil edilməməsinin də bu qərarı təsdiqlədiyini deyən Dəmirel, transferin artıq tamamlandığını düşünür. O əlavə edib ki, bu şəraitdə futbolçunun komandada qalması da sağlam deyil:
“Barış yəqin ki, gedəcək. Qalması bu mərhələdə düzgün olmaz. Komandadakı maaş balansı pozula bilər. Məsələn, Osimhen-in maaşı kimi yüksək gəlirli müqavilələr digər oyunçuları narahat edə bilər. Bu, təkcə Galatasaray üçün yox, bütün klublar üçün keçərlidir.”
Medianews.az