Hindistanda vəhşi pişik qadını parçalayıb.
Medianews.az xəbər verir ki, faciə Kalagarh pələng qoruğunda baş verib.
Urmila Devi gəlini Priya ilə birlikdə mal-qaraya yem toplamaq üçün çölə çıxıb. Priya körpəsinin ağladığını eşidib geri qayıdıb. O, Urmila Devinin işini bitirib evə dönəcəyini gözləyirdi, amma o gəlməyib. Priya qadını axtarmağa gedib.
Priya Urmilanı tarlanın yaxınlığındakı kolluqlarda, vəhşi pişiyin yanında tapıb. Qonşular Priyanın qışqırığını eşidiblər və heyvanı qorxudub uzaqlaşdırıblar. Urmilaya pələng, yoxsa bəbir hücum edib-etmədiyini müəyyən edə bilməyiblər.
Hazırda araşdırma aparılır.
Yerli deputat Dilip Ravatın sözlərinə görə, qoruqda pələnglər, bəbirlər və ayıların hücumlarına tez-tez rast gəlinir. O, hökumətin problemi həll edə bilməyəcəyi təqdirdə istefa verəcəyini vəd edib.
Medianews.az