Medianews.az
 Rusiyanın təyyarəsi vuruldu -
121 baxış

Rusiyanın təyyarəsi vuruldu - VİDEO

Rusiyanın ilhaq etdiyi Krım yarımadasının Kaça aerodromunda Rusiya ordusuna məxsus An-26 hərbi-nəqliyyat təyyarəsi havaya qalxmağa hazırlaşarkən Ukrayna ordusunun dron zərbəsi ilə məhv edilib.

Medianews.az bildirir ki, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi bununla bağlı açıqlama və video yayıb.

Açıqlamada deyilir: “Müvəqqəti işğal altında olan Krım ərazisində yenidən gurultu qopub. İşğalçılar çoxməqsədli hərbi-nəqliyyat təyyarəsi olan An-26-nı havaya qaldırmağa hazırlaşır, hətta mühərrikləri də işə salmışdılar. Lakin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı “Prımari” qrupunun ustalığı buna imkan vermədi - diversiya qrupu dəqiq zərbə endirərək təyyarənin sol turbovintli mühərrikini sıradan çıxardı və ekipajın qanunsuz uçuşunun qarşısını aldı.

“Prımari”nin Krıma daha bir hava reydi zamanı digər hədəflər də məhv edilib. Xüsusi qrup iki bahalı radiolokasiya sistemini — 55J6M “Nebo-M” RLS-i və qübbə altında gizlədilmiş 64N6E RLS-ni vurub. Sonuncu sistem düşmənin S-300/S-400 zenit-raket kompleksləri üçün əsas “göz” rolunu oynayırdı”.

Rusiya mənbələri Kaça aerodromuna zərbə nəticəsində pilotlar və əsgərlər arasında ölən və yaralananların olduğunu təsdiqləsə də, onların sayını açıqlamayıb.

Medianews.az

Bizə qoşulun