Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Medianews.az apa-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.
Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.
Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
.jpg)
.jpg)