Medianews.az
Qadın vəfat etmiş sevgilisi ilə
136 baxış

Qadın vəfat etmiş sevgilisi ilə EVLƏNDİ

Hindistanda 20 yaşlı qadın vəfat etmiş sevgilisi ilə evlənmək qərarına gəlib.

Medianews.az xəbər verir ki, o, sevgilisinin dəfn mərasimi zamanı nikah mərasimi keçirib.

O, mərhumun bədəninə zerdeçal sürtüb və onun arvadı olmaq üçün öz alnına qırmızı zolaq çəkib.

Qeyd edək ki, kişi kasslar arası evliliyə etiraz edən öz ailəsi tərəfindən vəhşicəsinə öldürülüb. Gəlinin atası və qardaşları onun başını daşlarla vurublar, sonra isə silahla onu öldürüblər.

Sevgilisini itirən qadın kişinin dul arvadı kimi onun evində qalacağını bildirib. O, bu yolla sevgisinin ölümdən güclü olduğunu nümayiş etdirmək istəyib.

Polis cinayəti törədən bütün üzvləri həbs edib.

Qadın yaxınlarına ölüm cəzası verilməsini tələb edib. O, yalnız bunun ədalət üçün və sevgilisinin qisasını almaq üçün yeganə yol olduğunu deyib.

Medianews.az

Bizə qoşulun