Medianews.az
Qadın oğlunu son anda
85 baxış

Qadın oğlunu son anda xilas etdi

Böyük Britaniyada bir qadın son anda oğlunun həyatını xilas edib. 

Medianews.az xəbər verir ki, hadisə 2026-cı ilin yanvarın 22-si baş verib. 

Qadın işə getməyə hazırlaşarkən 18 yaşlı oğlunun otağından qeyri-adi xırıldama səsləri eşidib. Əvvəlcə bunun yuxu olduğunu düşünsə də, səslərin fərqli olduğunu hiss edərək narahat olub.

Qadın dərhal təcili yardım çağırıb. Həkimlər gəncdə ürək dayanmasına işarə edən “ölümə yaxın nəfəsalma” vəziyyəti aşkarlayıblar. Bu, beyinə oksigen çatışmazlığı nəticəsində yaranan kritik vəziyyətdir.

Tibb işçiləri ürək masajı və defibrilyasiya tətbiq edərək oğlanın ürəyini yenidən işə salıblar. Heyden xəstəxanaya yerləşdirilib və müayinələr zamanı onun anadangəlmə ürək qüsuru olduğu müəyyən edilib.

O, üç həftə sonra xəstəxanadan buraxılıb və qısa müddət ərzində normal həyata qayıdıb.

Medianews.az

Bizə qoşulun