Medianews.az
Qadın şokolada görə
172 baxış

Qadın şokolada görə həbs cəzası aldı

Rusiyada bir qadın şokolad oğurladığı üçün 2 il həbs cəzası alıb.

Medianews.az xəbər verir ki, hadisə Voronej şəhərində baş verib.

O, 2023-cü ilin dekabrında mağazalar şəbəkəsindən malı oğurlayıb. O, tək yox, məhkum dostu ilə oğurluq edib. Onlardan birinin 32, digərinin isə 39 yaşı var.

Qadın ortağı vəziyyətə nəzarət edərkən 2799 rubl dəyərində 20 ədəd şokolad oğurlayıb. Hər ikisi saxlanılıb. Məhkəmə onları bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq oğurluq etməkdə təqsirli bilib.

Onlardan biri iki il yeddi ay ümumi rejimli cəzaçəkmə müəssisəsində, onun ortağı isə 6 ay məcburi əmək və 27 min rubl cərimə alıb.

Medianews.az

Bizə qoşulun