Medianews.az
Qadın sevgilisinin barmağını
100 baxış

Qadın sevgilisinin barmağını balta ilə kəsdi

Yaponiyada 23 yaşlı qadın sevgilisi başqası ilə evlənməsin deyə onun adsız barmağını balta kəsib.

Medianews.az xəbər verir ki, hadisə Osaka şəhərində baş verib.

İstintaqa görə, qadın birgə yaşadığı kişini nəzarətdə saxlayıb, onun sənədlərini əlindən alıb və yaxınları ilə əlaqəsini kəsib. O, bir neçə dəfə sevgilisini işgəncəyə məruz qoyub.

Hadisə zamanı zərərçəkən xəstəxanaya getmək istəyib, lakin qadın icazə verməyib. Prokurorluq onun üçün 6 il həbs cəzası istəyir, müdafiə tərəfi isə hərəkətlərin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edir.

Medianews.az

Bizə qoşulun