Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni rəsmi bayram – Hokkey Günü təsis edib.
Medianews.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiya üzrə rəsmi portalda dərc olunub.
Sənədə əsasən, Hokkey Günü hər il dekabrın 22-də qeyd ediləcək.
Fərmanda bildirilib ki, yeni bayramın təsis edilməsində məqsəd ölkədə hokkey idman növünün təbliği və inkişafına dəstək verməkdir.
Qeyd edək ki, prezidentin imzaladığı fərman dərc olunduğu gündən qüvvəyə minib.
Medianews.az