Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə keçirdiyi müşavirədə Ukrayna ilə sərhəd boyunca “təhlükəsizlik zolağı”nın yaradılmasının zəruri olduğunu bildirib.
Medianews.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.
Putinin sözlərinə görə, qərar “Şimal” qruplaşmasının məsuliyyət zonasında daxili təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.
Rusiya Prezidentinin əmri Moskvanın Xarkov, Sumı və Çerniqov vilayətlərinin sərhədinə yaxın ərazilərdə nəzarəti genişləndirmək niyyətini göstərir. Hazırda Rusiya qoşunları Sumı vilayətinin şimalında cüzi əraziyə nəzarət edir və Xarkov vilayətinin bəzi istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.
Ukrayna tərəfi isə bu addımı sərhəd rayonlarına təzyiqi artırmaq və cəbhənin şimal hissəsində vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirir.