Medianews.az
Püstənin inanılmaz faydası
71 baxış

Püstənin inanılmaz faydası açıqlandı

2025-ci ildə aparılan araşdırma göstərib ki, hər axşam bir ovuc püstə yeyən prediabetli insanlarda bağırsaq mikroflorasında müsbət dəyişikliklər baş verib.

Medianews.az bildirir ki, araşdırmanın nəticələri “Current Developments in Nutrition” jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edir ki, 12 həftə ərzində gündə təxminən yarım stəkan püstə qəbul edən şəxslərdə faydalı bakteriyaların sayı artıb, zərərli bakteriyalar isə azalıb. Bu təsirin püstənin tərkibindəki lif, polifenol və prebiyotik maddələrlə bağlı olduğu düşünülür.

Araşdırmaya görə, püstə yalnız bağırsaq sağlamlığına deyil, ürək-damar sisteminə və qan şəkərinin tənzimlənməsinə də müsbət təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, püstə “pis” xolesterini azaltmağa, qan təzyiqini stabilləşdirməyə və iltihabı azaltmağa kömək edə bilər.

Bundan əlavə, liflə zəngin olduğu üçün püstə toxluq hissini artıraraq çəkiyə nəzarətdə də faydalı hesab olunur. Bununla belə, alimlər uzunmüddətli təsirlərin dəqiq müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Medianews.az

Bizə qoşulun