Medianews.az
PSJ-də ciddi itki:
114 baxış

PSJ-də ciddi itki: "Bavariya" ilə oyunu buraxacaq

PSJ-nin mərakeşli futbolçusu Əşrəf Hakimi zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Medianews.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb.

Hakimi PSJ-nin "Bavariya" ilə keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinalının cavab oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma mayın 6-sı Bakı vaxtilə saat 23:00-da keçiriləcək.//Teleqraf

Bizə qoşulun