Mərkəzi Bankın statistik bülleteninə görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda 524,5 milyon manat problemli kredit rəsmiləşib.
Medianews.az bildirir ki, 2025-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlər 449,1 milyon manat göstərilmişdi.
2015-ci ilə ölkədə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı il 1 milyard 508,5 milyon manat, 2017-ci il 1 milyard 472,6 milyon manat, 2018-ci il 1 milyard 626,7 milyon manat, 2019-cu il 1 milyard 585 milyon manatla başlayıb.
2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.
2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat olub.
Toğrul Əli,
Medianews.az