Medianews.az
Prezident ekonom sinifdə uçdu -
202 baxış

Prezident ekonom sinifdə uçdu - VİDEO

Meksika prezidenti Klaudiya Şeynbaumun ekonom sinifdə sərnişinlərlə birlikdə uçması sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, qısa zamanda yayılan görüntülər ölkə gündəminə çevrilib.

Videoda prezidentin digər sərnişinlərlə eyni kabinədə oturduğu və heç bir xüsusi imtiyazdan istifadə etmədiyi görünür. Onun sadə səyahət seçimi diqqət çəkib.

Paylaşımlar sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub. Bir çox istifadəçi bu addımı “təvazökar liderlik” və “xalqla yaxınlıq” kimi qiymətləndirib. Digər tərəfdən, bəzi şəxslər təhlükəsizlik və protokol baxımından bu cür səfərlərin riskli ola biləcəyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun