Medianews.az
Prezident iki qurumda işçilərin say həddini artırdı
2,037 baxış

Prezident iki qurumda işçilərin say həddini artırdı

Prezident İlham Əliyevin oktyabrın 15-də imzaladığı fərmanlara əsasən, Dövlət Turizm Agentliyinin və Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb.

Medianews.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165 ştat vahidindən 181 ştat vahidinə qaldırılıb. Eyni zamanda regional turizm idarələri üzrə 104 ştat vahidi müəyyən edilib. Bu fərmanadək regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən olunmuşdu.

İndiyədək Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidi idi. Prezidentin 15 oktyabr fərmanı ilə say həddi 65-ə qaldırılıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun