Medianews.az
Portuqaliyada ardıcıl qasırğalar nəticəsində
43 baxış

Portuqaliyada ardıcıl qasırğalar nəticəsində 15 nəfər həyatını itirib

Portuqaliyada bir neçə həftə ərzində davam edən qasırğalar nəticəsində azı 15 nəfər həlak olub. Son daşqınlar təxminən 3 min sakinin təxliyə edilməsinə səbəb olub, avtomagistralın bir hissəsinin çökməsinə gətirib çıxarıb və ölkənin daxili işlər naziri Mariya Lüsiya Amaralın istefası ilə nəticələnib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

Məlumata görə, yağan leysan yağış Mondego çayı üzərindəki bəndin dağılmasına səbəb olub və Lissabonla Portonu birləşdirən A1 magistral yolunu dəstəkləyən dayaqlardan birinin bünövrəsini laxladıb. Koimbra şəhərinin meri Ana Abrunhosabildirib ki, yolun bir hissəsi polis tərəfindən ehtiyat tədbiri olaraq bağlandıqdan sonra uçub.

Son daşqınlar yanvarın sonlarından etibarən Portuqaliyanın mərkəzi və cənub bölgələrini təsiri altına alan ardıcıl qasırğalardan sonra baş verib. Bu qasırğalar evlərin damlarını uçurub, şəhərləri daşqın sularına qərq edib və yüz minlərlə insanı günlərlə elektrik enerjisiz qoyub. Qasırğalar nəticəsində azı 15 nəfər həyatını itirib.

Suların səviyyəsi artdıqca siyasi təzyiq də güclənib. Daxili işlər naziri Mariya Lüsiya Amaral hökumətin daşqınlara reaksiyasına dair tənqidlərdən sonra çərşənbə axşamı gecə istefa verib.

Bizə qoşulun