Medianews.az
Polşa millisinin üzvü karyerasını "Sabah"da davam etdirəcək -
91 baxış

Polşa millisinin üzvü karyerasını "Sabah"da davam etdirəcək - FOTO

Timateuş Puxaçın karyerasını harada davam etdirəcəyinə artıq aydınlıq gəlib.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, Polşa millisinin üzvü "Sabah"da çıxış etməyə davam edəcək.

Timateuş Puxaç "Sabah"a yay transfer pəncərəsi zamanı keçmişdi. Sol cinah müdafiəçisi "Holştayn Kil"dən satınalma hüququ ilə icarəyə götürülmüşdü.

Məlumata görə, son Azərbaycan çempionu bu hüquqdan istifadə etmək qərarına gəlib. "Sabah" Polşa millisinin üzvünün transfer hüquqlarını bir neçə yüz min avro müqabilində tamamilə alacaq.

Məlumata görə, artıq bütün detallar razılaşdırılıb və proses yekunlaşıb. Rəsmi keçidin tamamlanması üçün yalnız imzalar çatışmır. Təcrübəli futbolçu ilə üçillik müqavilə imzalanacağı gözlənilir.

Xatırladaq ki, Puxaç cari mövsümdə meydana çıxdığı 32 matçda 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

İndiyə qədər "Sabah"ın tarixində ən bahalı transfer 600 min avroya başa gələn Kahim Parris hesab olunurdu. Polşalı müdafiəçinin transfer məbləğinin bu rekorda çox yaxın olduğu qeyd edilir.

Polşa millisinin üzvü karyerasını Sabahda davam etdirəcək - FOTO

Bizə qoşulun