Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivindən keçən hissəsində “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub. Nəticədə, o, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.//Qafqazinfo