Medianews.az
Pişiklərin sahibinin üstünə çıxmasının
63 baxış

Pişiklərin sahibinin üstünə çıxmasının 6 SƏBƏBİ

Pişik sahibləri yaxşı bilirlər ki, bu heyvanlar ağıllı, özünəməxsus vərdişləri və davranış qaydaları olan canlılardır. Onların sahibinin üstünə çıxması və mırıldaması sadəcə şirin vərdiş deyil, müəyyən səbəblərlə izah olunur.

Medianews.az xəbər verir ki, “Catster” nəşri pişiklərin niyə insanın üstünə oturduğunu və ya uzandığını araşdırıb. Bu davranışın bir neçə izahı var:

  • Doğmalıq və sevgi – Pişik sahibinə yaxın olmaq, ona sevgi göstərmək və qarşılıq almaq istəyir. Onların müstəqil və soyuq olması barədə stereotip doğru deyil.
  • İstilik – Pişiklər soyuğa dözümsüzdür. Sahibinin üstünə çıxmaq onlar üçün isti yorğan altına girmək kimidir. Xüsusilə balaca pişiklər, yaşlı heyvanlar və tüksüz cinslər buna daha çox ehtiyac duyur.
  • Təhlükəsizlik – Qorxduqları zaman sahibinə yaxın olmaqla özlərini daha güvənli hiss edirlər.
  • Dominasiya – Pişiklər əşyaları və insanı özününkü kimi işarələmək üçün üstünə çıxır. Bu, evdə digər heyvanlara üstünlüyünü göstərmək üsuludur.
  • Rahatlıq – Sahibinin səsi, qoxusu və nəfəsi pişiyi sakitləşdirir, ona istirahət imkanı verir.
  • Cins xüsusiyyəti – Bəzi cinslər, məsələn, pers, siam, tonkin və “Ragdoll” pişikləri sahibinin yanında olmağa daha çox meyllidirlər.

Medianews.az

Bizə qoşulun