Medianews.az
Pişik oğurlayan kuryerə
61 baxış

Pişik oğurlayan kuryerə bu cəza verildi

Böyük Britaniyada kuryer kimi fəaliyyət göstərən şəxs pişik oğurladığına görə həbs təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, 42 yaşlı kuryer Katalin Stanku müştəriyə məxsus pişiyi oğurlamaqda ittiham olunur. Hadisə pişiyin sahibi Karl Krouterin işdən qayıdarkən ev heyvanı Noranın yoxa çıxdığını görməsi ilə üzə çıxıb.

Araşdırma zamanı ailə kamera görüntülərindən pişiyin oğurlandığını müəyyən edib. Kadrlardan məlum olub ki, həmin gün evə gələn “Amazon” kuryeri bağlamanı qapının önünə qoyduqdan sonra pişiyi götürərək ərazidən uzaqlaşıb.

Ailə görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bundan üç gün sonra Katalin Stanku onlarla əlaqə saxlayaraq pişiyi geri qaytarmaq istədiyini, lakin ünvanı xatırlamadığını bildirib.

Lakin ailə şikayətçi olduğu üçün Stanku 5 il müddətinə azadlıqdan məhrum edilə bilər./publika.az

Bizə qoşulun