Medianews.az
Pis yuxuya gətirib çıxaran
57 baxış

Pis yuxuya gətirib çıxaran 2 SƏHV

Yuxu üzrə mütəxəssis Sofi Bostok yuxu keyfiyyətinə mənfi təsir göstərən iki tipik səhvi açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, yuxuya laqeyd yanaşmaq və ya ona aludə olmaq eyni dərəcədə zərərlidir.

Bostok bildirib ki, iş, əyləncə və ya sosial ünsiyyət üçün yuxudan imtina etmək sağlamlığa ciddi ziyan vurur. Eyni zamanda, yatarkən daim keyfiyyətli yuxu barədə narahat olub düşünmək yuxusuzluğa gətirib çıxarır.

Mütəxəssis yaxşı yuxu üçün bir neçə sadə qaydanı tövsiyə edib:

  • Hər gün təxminən eyni vaxtda oyanmaq
  • Gün ərzində çöldə vaxt keçirmək
  • Yatmazdan əvvəl bir saat telefonsuz və sakit mühitdə istirahət etmək

Bostokun sözlərinə görə, bu sadə vərdişlər yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Medianews.az

Bizə qoşulun