Medianews.az
Peskov: ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir
48 baxış

Peskov: ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir

ABŞ İranın “Buşehr” Atom Elektrik Stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir.

"TASS"ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.

“Heç bir zəmanət yoxdur, lakin biz hər dəfə bu zərbələrin arxasında duran ciddi təhlükə ilə bağlı mövqeyimizi onların diqqətinə çatdırırıq”, – deyə Peskov qeyd edib.

Bizə qoşulun