Medianews.az
Pensiya artımı:
141 baxış

Pensiya artımı: ilkin faiz bəlli oldu

Azərbaycanda pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvarda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz artıb.

Medianews.az bildirir ki, yekun rəqəm 2027-ci ilin fevral ayında açıqlanacaq.

Ölkədə kişilər 65 yaşda, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyanın minimum məbləği 320 manatdır.

Qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Medianews.az

Bizə qoşulun