Medianews.az
Paşinyan kilsəni "sındırır":
50 baxış

Paşinyan kilsəni "sındırır": icma rəhbəri katolikosun adını sildirdi, rəsmi ayin yarımçıq qaldı

Araqatsotn vilayətində Ermənistan Apostol Kilsəsi ətrafında qalmaqallı hadisə baş verib.

Medianews.az  xəbər verir ki, Talin icmasının rəhbəri Tavros Sapeyan və keşişlikdən uzaqlaşdırılmış şəxslər – Aramais Tahmazyanın başçılığı ilə – Surb Astvatsatsin kilsəsində rəsmi dini mərasimin keçirilməsinə açıq şəkildə mane olublar.

Araqatsotn Yeparxiyasının yaydığı rəsmi məlumata görə, Sapeyan yanvarın 6-da keçirilən Milad liturgiyası zamanı bütün ermənilərin katolikosu II Qareginin adının ibadət əsnasında çəkilməməsini tələb edib. Bu tələb kilsə nizamnaməsinə və kanonik qaydalara zidd hesab olunur.

Məlumata görə, vəziyyətin fiziki qarşıdurmaya çevrilməməsi üçün Ermənistan Apostol Kilsəsinin rəsmi ruhaniləri və möminlər müvəqqəti olaraq məbədi tərk etməyə məcbur qalıblar. Bundan sonra isə keşişlikdən məhrum edilmiş şəxslər icma rəhbərinin iştirakı ilə kilsədə qeyri-qanuni “mərasim” keçiriblər.

Yalnız həmin qrup kilsəni tərk etdikdən sonra rəsmi ruhanilər məbədə qayıdaraq Yeni il duasını edə biliblər.

Araqatsotn Yeparxiyası baş verənləri kilsəyə qarşı təhlükəli presedent kimi qiymətləndirib və Tavros Sapeyanla onun tərəfdarlarına xatırladıb ki, dini ayinlərin icrasına mane olmaq Ermənistan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Bizə qoşulun