Medianews.az
Azərbaycan Ermənistana bu qədər vəsait ödəyib -
161 baxış

Azərbaycan Ermənistana bu qədər vəsait ödəyib - DETALLAR

Azərbaycan aviaşirkətləri ötən il Ermənistanın hava məkanından istifadəyə görə təxminən 400 min avro ödəyib.

Medianews.az  bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Ermənistanın Mülki Aviasiya Komitəsi yerli medianın sorğusuna cavab olaraq bildirib ki, türk şirkətləri aeronaviqasiya xidmətləri müqabilində Ermənistana daha 3,4 milyon avro köçürüb.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycan aviaşirkətləri İrəvana Naxçıvana və Naxçıvandan uçuşlar üçün təxminən 90 min avro ödəyib. Həmçinin bildirilib ki, onlar daha sonra üçüncü ölkələrə uçuşlara görə Ermənistanın hava məkanından istifadə etməyə başlayıblar.

Bizə qoşulun