Medianews.az
SSRİ-nin dağıldığı gündən 34 il ötür
231 baxış

SSRİ-nin dağıldığı gündən 34 il ötür

Dekabrın 26-sı Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) süquta uğradığı gündür.

Medianews.az bildirir ki, 1991-ci il dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov istefa verib. Səhərisi gün SSRİ Ali Soveti ittifaqa daxil olan respublikaların müstəqilliyini tanıyıb, beləliklə, Sovet İttifaqının mövcudluğuna xitam verilib. Dərhal Kremlin üzərindəki sovet bayrağı (oraq-çəkicli qırmızı bayraq) endirilib.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

1931-ci il təvəllüdlü Mixail Qorbaçov 1985-ci il martın 11-də Sovet İttifaqının rəhbəri – Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib, 1988-ci il oktyabrın 1-dən həmçinin Ali Sovetə sədrlik edib, 1990-cı il martın 15-dən Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) prezidenti olub.

SSRİ-nin dağılması prosesi 1991-ci il avqustun 19-dan sürətlənmişdi. Dekabrın 25-də səlahiyyətlərinin bitdiyini bəyan edən Qorbaçov 1992-ci ildən ictimai fəaliyyət göstərib, 2022-ci ilin avqustunda ölüb.

Medianews.az

Bizə qoşulun