Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə demək olar ki, hər gün ictimaiyyətə qəribə və izaha ehtiyac yaradan videolar təqdim edir.
Musavat.com xəbər verir ki, Paşinyan bir gün baraban çalır, digər gün musiqi sədaları altında hoppanıb-düşür, başqa bir gün isə əlləri ilə ürək işarəsi düzəldərək kameraya səssiz “mesajlar” ötürür.
Bu davranışların Ermənistan cəmiyyətində, xüsusən də seçki öncəsi gərgin dövrdə hansı psixoloji və siyasi izlər buraxacağı hələ qarşıdakı kampaniya mərhələsində daha aydın görünəcək. Sual açıq qalır: Paşinyan bütün bunları planlı seçki texnologiyası kimi edirmi, yoxsa baş nazir postunda olan bir şəxsin başı qaçıb?
Məlumdur ki, sosial media bu cür qeyri-adi, hətta şit və ölçüsüz davranışları tez bir zamanda “fenomenə” çevirir. Görünən odur ki, Paşinyan və onun komandası da bu alqoritmin mahiyyətini anlayaraq, Ermənistan cəmiyyətinin ən aşağı emosional təbəqələrinə xitab etməyə çalışır. Məqsəd – seçki ərəfəsində süni simpatiya yaratmaq, rasional siyasəti şou elementləri ilə əvəzləməkdir.
Sözügedən görüntüləri təqdim edirik.
Musavat.com