Medianews.az
Ermənistanın dünya ilə əlaqəsi kəsildi: sərhəddə xaos -
52 baxış

Ermənistanın dünya ilə əlaqəsi kəsildi: sərhəddə xaos - VİDEO

Gürcüstan Avtomobil Yolları Departamenti Ermənistan üçün həyati əhəmiyyət daşıyan Yuxarı Lars avtomobil yolunun bütün nəqliyyat vasitələri üçün bağlandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, qərar hava və yol şəraitinin kəskin pisləşməsi ilə izah olunur.

Məlumata əsasən, məhdudiyyət minik avtomobilləri, yük maşınları və avtobuslar daxil olmaqla bütün nəqliyyat növlərinə şamil edilir. Bu isə faktiki olaraq Ermənistanın Rusiya və Avropa istiqamətində əsas quru bağlantısının dayanması deməkdir.

Yayılan kadrlarda Ermənistan–Gürcüstan sərhədində, Sadaxlı keçid məntəqəsində kilometrlərlə uzanan avtomobil növbələri əks olunub. Bildirilir ki, növbələrin sayı artıq bir neçə gündür azalmır, sürücülər və sərnişinlər çətin şəraitdə gözləməyə məcbur qalıb.

Bizə qoşulun